Ordu.az xəbər verir ki, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.
Hadisə noyabrın 11-də Xatlonsk vilayətinin Şahritussk rayonunda “Harbmaydon” poliqonunda tanklardan atılan atəş nəticəsində baş verib. Xəsarət alanlar yoxdur.
Yaxınlıqdakı kəndin sakini İttifokun sözlərinə görə, mərmilərdən biri evin otağına düşüb. Evdə onun 5 uşağı olub. Lakin, həmin gün xoşbəxtlikdən elektrik olmadığından, üşüməmək üçün onlar mətbəxə yığışmışdılar. Buna baxmayaraq evin tavanı və divarları zərər görüb.
İcra hakimiyyəti vətəndaşlara dəyən zərərə görə bütün xərcləri öz üzərinə götürüb.
Qeyd edək ki, son iyirmi il ərzində Tacikistanda baş tutan hərbi təlimlər zamanı açılan atəşlərdən ümumilikdə 11 dinc sakin həlak olub.
Ağalar Qəribov
Ordu.az