Ordu.az “Milliyet” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Tunceli vilayətinin Ovacık ilçəsində PKK terrorçuları ilə ordu arasında qarşıdırma baş verib. Nəticədə 4 PKK üzvü məhv edilib.
Sabah.com saytının məlumatına görə isə, Ağrı vilayətinin Eleşkirt vilayətində də PKK terrorçuları ilə silahlı qarşıdurma yaşanıb. Nəticədə Türkiyə ordusunun 23 yaşlı baş çavuşu İsmail Hakkı Doğan şəhid olub.
İraqın şimalında Qara bölgəsində isə, PKK terrorçularının hücumları nəticəsində topçu Er Suat Surki şəhid olub, biri ağır olmaqla iki əsgər yaralanıb.
Bununla yanaşı olaraq Ağrıda 4, Şırnakda 5, İraqın şimalında isə 3 olmaqla 12 PKK terrorçusu məhv edilib.
Ağalar Qəribov
Ordu.az