Putin ukraynalı girovlara görə Donbas seperatçıları ilə danışıqlar aparacaq

2017/11/565627456456_1510836101.jpg
Oxunub: 471     20:40     16 Noyabr 2017    
Rusiya prezidenti Vladimir Putin bu gün bəyan edib ki, “Ukrayna seçimi – xalqın haqqı” ictimai hərəkatının lideri Viktor Medvedçukun əsirlərin dəyişdirilməsi məsələsini müzakirə etmək üçün qondarma qurum “rəhbər”ləri ilə müzakirələr aparacaq.

Ordu.az “Vedomosti” agentliyinə istinadən xəbər verir ki, bu, Putinlə bölgə rəhbərləri arasında ilk bilavasitə rəsmi münasibətdir.

Medvedçuk Rusiya prezidentinə bu xahişlə İstrada yerləşən və restavrasiya edilmiş Yeni Yerusəlim monastırında müraciət edib.

Medvedçukun sözlərinə görə, artıq 14 aydır ki, əsirlərin dəyişdirilməsi baş tutmur. Lakin, indi Ukrayna qondarma qüvvələr tərəfindən əsir götürülən 306 əsiri 74 nəfərə dəyişməyə və bunu yeni ilədək etməyə hazırdır.

“Məndən asılı olan hər şeyi edəcəm. Onlarla danışıqlar aparacam. Ümid edirəm ki, təkliflərimiz realizə edilər, həm də mümkün qədər tez”, - deyə Putin qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna   Girovlar  


Bizi "telegram"da izləyin