Ordu.az “PolitNaviqator” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Voennoe televidenie Ukrainı” telekanalının efirində Ukrayna müdafiə nazirinin müavini Vladimir Qovor çıxış edərkən bildirib.
“Hazırda Ukrayna Silahlı Qüvvələrinin operativ ehtiyatında 136 minə yaxın şəxs var. Onlardan 111 mini ilk növbədə döyüş birqadaları və polkların operativ ehtiyatı qismində təyin ediliblər.
Təlimlərə hazırlığın təmin edilməsi üçün operativ ehtiyatdan 30 min hərbi xidmətçi cəlb olunub.
Həmçinin, 2017-ci il ərzində hərbi komissarlıqlar tərəfindən hərbi hissələr və bölmələrin şəxsi heyətinin ərazi müdafiəsinə hazırlanması üzrə 6 minə yaxın tədbir keçirilib. Bu tədbirlər könüllü pulsuz əsaslarla keçirilib və onlarda hərbi ehtiyatın ikinci növbəsində yer alan 105 nəfər ehtiyatda olan və hərbi mükəlləfiyyətli şəxs iştirak edib”, - deyə Vladimir Qovor qeyd edib.
Ağalar Qəribov
Ordu.az