“NATO mənim sayəmdə milyardlarla dollar qazanacaq” - Tramp

2017/11/DE7FFA87-FC67-45B9-BAF8-982194FDE8AB_cx0_cy4_cw0_w1023_r1_s345345_1510811685.jpg
Oxunub: 471     13:52     16 Noyabr 2017    
“NATO Donald Trampdan və mənim etdiyimdən çox məmnundur”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti bu həftə yekunlaşan Asiya turunun yekunlarına dair həsr etdiyi çıxışında bildirib. O, bu il daha öncə etdiyi Avropa səfərini xatırladıb.

“Brüsseldə NATO üzrə müttəfiqlərimizə bizə önəmli olan alyans üçün daha çox çalışmalı olduqlarını bildirdim, nəticədə üzv ölkələr daha çox yatırım etməyə başladılar”, - deyə Tramp vurğulayıb.

“Milyardlarla və milyardlarla dollar məhz bu təşəbbüs sayəsində axmağa başladı. İnanın mənə, NATO Donald Trampdan və mənim etdiyimdən çox məmnundur”, - deyə amerikalı lider qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Tramp  


Bizi "telegram"da izləyin