Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Al-Masdar News” agentliyi məlumat bildirib.
Qeyd edilir ki, rus aviasiyasının havadan endirdiyi ağır zərbələrdən sonra SQQ-nin 4 mexanikləşdirilmiş diviziyanın 39-cu və 40-cı briqadaları əl-Rəbdə şəhərinə daxil ola və şəhərdə qalan terrorçuları ərazidən çıxarmağa nail olublar.
Uğurlu hücumlar nəticəsində Suriya hökumət qüvvələri son bir gün ərzində 4 fərqli şəhəri müxtəlif terror qruplaşmalarından azad etməyə müvəffəq olublar.
Ağalar Qəribov
Ordu.az