Suriya HHQ Əbu-Kamal rayonunda iki İŞİD komandirini məhv edib

2017/11/92f1e39984df397ee8f78dff49d48343_1510753974.jpg
Oxunub: 483     21:53     15 Noyabr 2017    
Rusiya Aerokosmik Qüvvələri və Suriya Hərbi Hava Qüvvələri Əbu-Kamal rayonunda İŞİD mövqələrinə kütləvi bombardman həyata keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Fars News” informasiya agentliyi Deyr əz-Zor vilayətindəki mənbələrinə istinadən bildirib.

Mənbənin sözlərinə görə, hazırda rus hərbi aviasiyası Suriya HHQ ilə birgə Əbu-Kamal yaşayış məntəqəsinin ətraflarını İŞİD terrorçularından təmizləyirlər.
Bildirilir ki, aviasiya qüvvələrinin növbəti dəqiq raket-bomba zərbələrindən biri İŞİD-in Hazi əl-Bərkaş adı ilə məşhur olan liderlərindən birini, həmçinin onun bütün bölməsini məhv edib.

Həmçinin qeyd edilir ki, hücum zamanı İŞİD-in “Tak Tak” adı ilə məşğul olan daha bir sahə komandiri – Hətəm əl-Qazi də məhv edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD  


Bizi "telegram"da izləyin