Azərbaycan və Türkiyə XİN başçıları TDT-nin Şuşa sammitinə hazırlığı müzakirə edib

2024/06/1718627717.jpg
Oxunub: 361     16:25     17 İyun 2024    
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

XIN-dən Ordu.az-a verilən xəbərə görə, nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri müzakirə ediblər.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.

Telefon danışı zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin