Çexiyada silah anbarı partlayıb, ölən və yaralananlar var - YENİLƏNİB

2023/04/16128-1682754462.jpg
Oxunub: 448     17:32     17 İyun 2024    
Çexiyada yerləşən “Libava” hərbi poliqonundakı silah anbarında partlayışda azı 1 hərbçi ölüb.

Ordu.az-ın “Novinky” xəbər portalına istinadən məlumatına görə, bu barədə Çexiya ordusundan məlumat verilib.

Hadisə zamanı 8 nəfərin də yaralandığı qeyd olunub.

***

Çexiyada yerləşən “Libava” hərbi poliqonundakı silah anbarında partlayış baş verib.

Ordu.az-ın “Novinky” xəbər portalına istinadən məlumatına görə, səhər saatlarında baş verən hadisə güclü yanğınla müşahidə olunub. Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan birinə hadisə yerində ilkin tibbi yardım göstərilib, digərləri isə helikopterlərlə xəstəxanaya çatdırılıb.

O da qeyd olunub ki, hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Silah-anbarı  


Bizi "telegram"da izləyin