Azərbaycan və Rusiya parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

2024/06/0c8c5-1718621096.jpg
Oxunub: 331     14:33     17 İyun 2024    
Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Hüseynlinin başçılıq etdiyi nümayəndə heyəti komissiyanın 21-ci iclasında iştirak etmək üçün iyunun 19-da Moskva şəhərinə səfər edəcək.

Bu barədə Ordu.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinə Milli Məclisin deputatları – Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Mixail Zabelin, Azər Badamov və Emin Hacıyev daxildir.

Tədbirdə Rusiya Federal Məclisi ilə Azərbaycan Milli Məclisi arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, komissiyanın iş planı, Rusiya və Azərbaycan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılacaq.

Səfər çərçivəsində Milli Məclisin deputatı Mixail Zabelin MDB ölkələrinin Beynəlxalq Parlament Forumunda da iştirak edəcək.

Səfər iyunun 21-də başa çatacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin