Kreml: Türkiyənin mövqeyi münasibətlərimizi korlamayacaq

2023/03/Kreml-1679050889.jpg
Oxunub: 334     13:35     17 İyun 2024    
İsveçrə sammitinin kommünikesini imzalayan Macarıstan, Serbiya və Türkiyənin mövqeyi onların Rusiya ilə münasibətlərini korlamayacaq.

Ordu.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Ukrayna ilə bağlı İsveçrə konfransının effektivliyi sıfıra bərabərdir:

“İsveçrədə keçirilən sammitdə bir çox ölkələr Ukrayna məsələsinin Rusiyasız müzakirə edilməsinin perspektivli olmamasından danışıb. Kremldə bu məsələ qeyd edilib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Türkiyə  


Bizi "telegram"da izləyin