İsrail ordusu Qəzzada taktiki pauzanın aradan qaldırıldığını açıqlayıb

2024/03/1709615214.jpg
Oxunub: 312     10:45     17 İyun 2024    
İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS tamamilə məhv edilməyənə qədər Rəfahda hərbi əməliyyatları davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə SAXAL-ın Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman bildirib.

O qeyd edib ki, vəzifəmiz irəliləməyə davam etməkdir.

"Biz onları darmadağın edənə qədər əməliyyatları davam etdirəcəyik", - israilli general vurğulayıb.

Xatırladaq ki, ötən gün İsrail ordusu humanitar məqsədləri əsas tutaraq anklav ərazisində döyüş əməliyyatlarına lokal taktiki pauzanın tətbiq edildiyini açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-ordusu   Qəzza  


Bizi "telegram"da izləyin