Trüdo: "Kanada Ukraynaya 15 milyon dollar vəsait ayıracaq"

2018/11/5bdd2-1541240880.jpg
Oxunub: 303     08:31     17 İyun 2024    
Kanada Ukraynanın zədələnmiş enerji infrastrukturunun bərpasına 15 milyon dollardan çox vəsait ayıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdonun İsveçrədə keçirilən Sülh Sammitində iştirakından sonra yaydığı bəyanatda deyilir.

Trüdonun sözlərinə görə, Kanada zədələnmiş enerji avadanlığının və infrastrukturunun dəyişdirilməsi işində Ukraynaya dəstək verəcək.

Bundan əlavə, təxminən 12 milyon dollar Ukrayna ərazisinin minalardan təmizlənməsinə və BVF-nin Ukraynada iqtisadi islahatların təşviqi üzrə işinin maliyyələşdirilməsinə xərclənəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Trüdo   Kanada   Ukrayna  


Bizi "telegram"da izləyin