Texasda atışma nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb

2024/05/1717132874.jpg
Oxunub: 282     05:59     17 İyun 2024    
ABŞ-nin Texas ştatının Round Rok şəhərində naməlum şəxslərin Qulların Qurtuluş Günü şərəfinə keçirilən konsert zamanı atəş açması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Bildirilib ki, Old Settlers Parkında iki qrup arasında dava düşüb. Daha sonra kimsə atəş açmağa başlayıb. Nəticədə hadisə iştirakçısı olmayan 2 nəfər yerindəcə ölüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Texas   Atışma  


Bizi "telegram"da izləyin