Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

2024/06/5c38d-1718598677.jpg
Oxunub: 346     01:56     17 İyun 2024    
Niger iqtidarı uran və neft yataqlarını qorumaq üçün silahlı qüvvələrin sayını 10 min nəfərdən 100 min nəfərə çatdırmaq niyyətində olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ECOFIN agentliyi məlumat yayıb.

Ordunun sayının 2030-cu ilə qədər artırılması planlaşdırılır.

Agentlik qeyd edib ki, bunun zərurəti bir neçə onilliklər ərzində mədən əməliyyatlarını təhdid edən terrorçuların aktiv hücumları ilə izah olunur.

Niger neftinin ixrac olunduğu Niger-Benin neft kəməri də daxil olmaqla, digər strateji əhəmiyyətli obyektlər də mühafizəyə tabedir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niger   Ordu  


Bizi "telegram"da izləyin