Ukrayna üzrə Sülh Sammitinin kommünikesini imzalayan ölkələrin sayı azalıb

2024/06/55683-1718598553.jpg
Oxunub: 249     00:24     17 İyun 2024    
İsveçrədə keçirilmiş Ukrayna üzrə Sülh Sammitinin kommünikesini imzalayan ölkələrin siyahısı azalıb.

Ordu.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında dərc olunmuş siyahıdan məlum olub.

Siyahıya görə, İraq və İordaniya artıq imzalayanlar sırasında yoxdur. Beləliklə, imzalayanların sayı 80-dən 78-ə, imzalamayan ölkələrin sayı isə 15 olub.

İraq və İordaniyanın niyə imzalarını geri çəkməsinin səbəbi bəlli deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Sülh-Sammiti  


Bizi "telegram"da izləyin