ABŞ nümayəndəsi iyunun 18-də Beyrutda Livanda atəşkəs şərtlərini müzakirə edəcək

2024/06/666f0-1718552318.jpg
Oxunub: 380     19:29     16 İyun 2024    
ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri, Livan və İsrail arasında sərhəd məsələləri üzrə danışıqlarda vasitəçi kimi çıxış edən Amos Hokstin iyunun 18-də Beyruta səfər edəcək.

Ordu.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Asharq al-Awsat” qəzetinin yazdığına görə, amerikalı emissarın səfəri fövqəladə xarakter daşıyır və İsrailin şimal cəbhəsində hərbi əməliyyatların miqyasını genişləndirmək planları ilə bağlıdır.

ABŞ nümayəndəsi “Beyrutda atəşkəs şərtlərini və tərəflərin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etməyə qayıtmasını müzakirə edəcək", - nəşr qeyd edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Beyrut   Livan  


Bizi "telegram"da izləyin