Qriqoryan Kuleba ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib

2024/06/1718552263.jpg
Oxunub: 368     19:09     16 İyun 2024    
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə keçirilmiş Ukrayna üzrə Sülh Sammiti çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“İyunun 16-da ER-nin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Görüşdə tərəflər Ermənistan – Ukrayna ikitərəfli münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, daha öncə Qriqoryan İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Sammiti çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Kuleba  


Bizi "telegram"da izləyin