“Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin tarixini yenidən yazmağa çalışır, məqsədi Ankaranın rəğbətini qazanmaqdır” - Köçəryan

2026/06/1780313971.jpg
Oxunub: 265     15:39     01 İyun 2026    
“Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyə münasibətlərinin tarixini yenidən yazmağa, bununla da Ankaranın rəğbətini qazanmağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın RBK telekanalına müsahibəsində ölkənin ikinci prezidenti, “Hayastan” blokunun rəhbəri Robert Köçəryan bildirib.

Onun sözlərinə görə, Paşinyan daha da irəli gedərək tarixi hadisələrə yanaşmanı yenidən nəzərdən keçirməyə başlayıb.

“O, sadəcə tarixi yenidən yazmağa çalışır və artıq bunu edir”, - deyə Köçəryan bildirib.

Sabiq erməni prezident qeyd edib ki, Ermənistanın hazırkı hakimiyyət orqanları Avropa İttifaqına üzvlüyün qeyri-real olduğunu çox yaxşı anlayır və faktiki olaraq Rusiyanın yerinə bölgədə Türkiyənin təsirinin güclənməsinə mərc edir.

“Məsələ Avropa İttifaqına üzvlükdə deyil. Məsələ, obrazlı desək, Rusiyanın regional təsirini Türkiyənin regional təsiri ilə əvəz etməkdir”, - deyə Köçəryan vurğulayıb.

Onun fikrincə, Paşinyan qlobal geosiyasi dəyişikliklər və beynəlxalq münasibətlərin əvvəlki modelinin zəifləməsi fonunda Ankara ilə daha sıx əlaqələr qurmağa çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Paşinyan  


Bizi "telegram"da izləyin