Ordu.az xəbər verir ki, bunu Rusiyanın RBK telekanalına müsahibəsində “Hayastan” blokunun baş nazirliyə namizədi, ölkənin ikinci prezidenti Robert Köçəryan bildirib.
O xatırladıb ki, əvvəlki seçkilərin nəticələrinə görə “Hayastan” bloku parlamentin ən böyük müxalif qüvvəsinə çevrilib.
“Biz niyə indi yenidən seçkiyə gedirik? Çünki hökumətin siyasəti heç cür dəyişməyib. Biz Ermənistanda baş verənlərin heç biri ilə razı deyilik. Niyə? Çünki bizim koalisiya eyni qalıb. Biz həqiqətən də aydınlıq yaratmaq istədik və seçici baxımından kimin liderliyinin daha perspektivli olduğunu anlamaq üçün sosioloji araşdırma apardıq. Hazırda mənim liderliyim belə görünür”, - deyə Köçəryan bildirib.
O əlavə edib ki, əgər mənzərə fərqli olsaydı, bu blokun rəhbəri də başqası olardı.
Alpər Mövludoğlu
Ordu.az