Pərviz Şahbazov: "Azərbaycan enerji resurslarını təhlükəsiz tədarük edən azsaylı ölkələrdəndir"

2020/10/ccb5b-1601544779.jpg
Oxunub: 181     14:22     01 İyun 2026    
Hazırda enerji sahəsində əsas amil resursların təhlükəsiz tədarüküdür və Azərbaycan bunu həyata keçirən azsaylı ölkələrdən biridir.

Ordu.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, Hörmüz böhranı, qlobal və neft və mayeləşdirilmiş təbii qazın (LNG) beşdə birinin təchizatının pozulması enerji tədarkünün əhəmiyyətini artırıb: "Bu qeyri-müəyyənlik Azərbaycanın əhəmiyyətini artırır. Biz Xəzər dənizini əsas fəalliyyət gücünə çeviririk".

Nazir əlavə edib ki, neft-qaz sektorunda mövcud investisiya məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanda enerji hasilatı strateji inkişafın yeni mərhələsinə qədəm qoyur: "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun səmt qazı layihəsi çərçivəsində ilk hasilata başlanılması bunun bariz nümunəsidir. 2027-ci ildə "Qarabağ" neft yatağının, 2029-cu ildə isə "Şahdəniz" kompressor, "Abşeron" yatağının tammiqyaslı işlənmə, "Ümid" mərhələ-2 və "Babək" qaz layihələrinin istismara verilməsi gözlənilir".

P. Şahbazov qeyd edib ki, həm quruda, həm də dənizdə aparılan kəşfiyyat layihələri, eləcə də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Yaxın Şərq, Mərkəzi Asiya və Afrikadakı investisiyaları Azərbaycana gələcək uzun illər ərzində etibarlı neft-qaz istehsalçısı və təchizatçısı kimi rolunu davam etdirməyə imkan verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pərviz-Şahbazov   Azərbaycan   Enerji  


Bizi "telegram"da izləyin