Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, həmin qadın itkin düşmüş erməni hərbçinin əmisi və ictimaiyyətə tanış olan Arsen Qukasyanın anası Mariam Vardanyan olub.
O, özü ilə qara daşdan hazırlanmış ürək formalı heykəl gətirib.
“Gəlib reklam edir ki, yenidən seçilsin. İnsanlar, o heç kimi sevmir, heç kim haqqında düşünmür, yalnız öz kreslosunu istəyir. O bundan həzz almayacaq, ilahi ədalət olacaq. Məni buraxın, məni tutmayın, özümü pis hiss edirəm.
Demək istəyirəm ki, təşkil etdiyi bu şouda mənim kimi anaların ürəyi yoxdur. Mənim Armanım, mənim igid oğlum öz övladı ilə birlikdə öldü, uşaqlarımı Cəbrayıla apardı. Niyə apardın? Cəbrayıl Azərbaycan idi, niyə mənim uşaqlarımı ora göndərib qırğına verdin? Niyə mənim evimi dağıtdın? Ey heç nə olan, ey türk, ey türkün tabeliyində olan, xalqımızın başına nə gətirdin? Deyirdi ki, gələcək var. Sən öz gələcəyinlə birlikdə yerə girəsən, alçaq. Oğlum ölüb, nəvəm isə itkin düşüb. Heç kim sözlərimə əhəmiyyət verməyib. İtkin düşənlərlə bağlı maraqlananda oğlumu tutub aparırlar. Hələ məhkəmə prosesi də davam edir”, - deyə o bildirib.
Polis əməkdaşları həyəcanlı qadına təcili yardım çağırmağı təklif etsələr də, o bundan imtina edərək evə özü gedə biləcəyini deyib.
Alpər Mövludoğlu
Ordu.az