Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını prioritet adlandırıb

2026/05/1779972562.jpg
Oxunub: 274     12:40     01 İyun 2026    
Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa can atır və bu məqsədə nail olunması ölkənin xarici siyasətinin balanslaşdırılması prosesinin başa çatmasına gətirib çıxaracaq.

Ordu.az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında bildirib.

"Əminəm ki, biz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına nail olacağıq, bu isə o deməkdir ki, xarici siyasətin balanslaşdırılması prosesi başa çatacaq və bu, Ermənistan üçün yeni imkanlar yaradacaq", - o deyib.

Baş nazirin sözlərinə görə, Türkiyənin özü ilə münasibətlərin olmaması xarici siyasi münasibətlərdəki asimmetriyanı göstərir. Bu balansın bərpası üçün Ermənistanın yalnız Türkiyə və Azərbaycanla deyil, bütün dövlətlərlə münasibətlərin saxlanılması zəruridir.

"Bu, şıltaqlıq məsələsi deyil, bizim Türkiyə, Azərbaycanla və bütövlükdə, bütün dövlətlərlə münasibətlər saxlamağımız zəruridir", - Paşinyan vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin