Barak Obamanın prezidentlik dövrünə aid “Instagram” hesabı sındırılıb

2026/06/1780302963.jpg
Oxunub: 259     12:26     01 İyun 2026    
ABŞ-nin keçmiş prezidenti Barak Obamanın prezidentliyi dövründə istifadə etdiyi rəsmi “Instagram” hesabı haker hücumuna məruz qalıb.

Ordu.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Məlumata görə, bazar günü keçmiş prezidentin hesabında qəribə məzmunlu paylaşımlar peyda olub və sonradan bunun haker müdaxiləsi nəticəsində baş verdiyi müəyyənləşdirilib.

Portalın məlumatına əsasən, haker Obama adından bir neçə paylaşım edib.

Bunların arasında süni zəka vasitəsilə hazırlanmış görüntü də olub. Şəkilə əlavə olunan yazıda guya “Ağ Ev şiələrin nəzarəti altındadır” ifadəsi yer alıb.

Qeyd olunur ki, “Meta” şirkətinin nümayəndəsi hesabın sındırıldığını təsdiqləyib və artıq hesab üzərində nəzarətin bərpa olunduğunu bildirib. Barak Obamanın bu hesabdakı son rəsmi paylaşımı prezidentliyinin son günü olan 2017-ci il yanvarın 20-də edilib.

TMZ-nin məlumatına görə, hakerin kimliyi hələlik müəyyən edilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Obama   ABŞ  


Bizi "telegram"da izləyin