İran XİN: Livanda atəşkəs olmadan ABŞ-la razılaşma mümkün deyil

2026/05/1778245456.jpg
Oxunub: 236     12:05     01 İyun 2026    
Livanda atəşkəs ABŞ ilə razılaşmanın əldə olunmasının əsas şərtidir.

Ordu.az "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai brifinqində bəyan edib.

"Livanda atəşkəs müharibənin dayandırılmasına yönəlmiş istənilən razılaşma üçün zəruri şərtdir və biz bunda israrlıyıq", - Bəqai vurğulayıb.

Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Müdafiə Ordusuna (IDF) Beyrutun cənubundakı Dahiyə rayonundakı obyektlərə zərbələr endirmək barədə göstəriş verdiyini bəyan etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN   Livan   ABŞ  


Bizi "telegram"da izləyin