Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“İsrailin yüksəkvəzifəli rəsmiləri ABŞ-nin yüksəkvəzifəli rəsmilərinə müraciət edərək İsrail ordusuna Beyrut istiqamətində zərbələri genişləndirməyə icazə verilməsini istəyiblər”, - deyə nəşr yazıb.
Mənbələrin sözlərinə görə, israilli rəsmilər həm Vaşinqtonla Tehran arasında aparılan danışıqlarda, həm də İsraillə Livan arasında keçirilən danışıqlarda irəliləyişin olmamasını nəzərə alaraq ABŞ-nin cavabının müsbət olacağına ümid edirlər.
Bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail ordusu Livandakı əməliyyatlarını gücləndirəcək.
Onun sözlərinə görə, hərbi kampaniya daha uzun müddət davam edəcək, lakin İsrail ölkənin şimalında təhlükəsizliyi bərpa edəcək.
Sevinc Əliyeva
Ordu.az