Ordu.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, tibbi yardım aldıqdan sonra yaralanan şəxslər artıq öz vəzifələrinin icrasına qayıdıblar.
ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığının (CENTCOM) daha əvvəl yaydığı məlumata əsasən, ötən cümə axşamı İran Küveyt istiqamətində ballistik raket buraxıb. Hədəf Pentaqonun istifadə etdiyi “Əli əl-Salem” aviabazasının yerləşdiyi ərazi olub.
Raket Küveytin raket əleyhinə müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə bəyan edib ki, zərbə ABŞ-nin Bəndər-Abbas bölgəsində həyata keçirdiyi əməliyyatlara cavab olaraq endirilib.
CENTCOM bildirib ki, cümə axşamına keçən gecə ABŞ hərbçiləri İranın dörd kamikadze tipli pilotsuz uçuş aparatını vurub və Bəndər-Abbasda yerləşən yerüstü idarəetmə stansiyasına zərbə endirib. Həmin stansiyadan beşinci pilotsuz uçuş aparatının buraxılmasına hazırlıq görülürdü.
Komandanlıq vurğulayıb ki, ABŞ hərbçilərinin fəaliyyəti yalnız müdafiə xarakteri daşıyıb, çünki pilotsuz uçuş aparatları Oman körfəzində yerləşən ABŞ gəmiləri üçün təhlükə yaradırdı.
Sevinc Əliyeva
Ordu.az