İsrail atəşkəs elanından sonra “Hizbullah”ın 900 döyüşçüsünün məhv edildiyini açıqlayıb

2026/05/1779980386.jpg
Oxunub: 311     09:14     01 İyun 2026    
İsrail Müdafiə Qüvvələri aprelin 16-da atəşkəs rejimi qüvvəyə mindikdən sonra “Hizbullah” hərəkatının təxminən 900 döyüşçüsünün məhv edildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında bildirilib.

Məlumata görə, yalnız bu gün Cənubi Livanda hərəkatın onlarla obyektinə zərbələr endirilib.

“Bofor silsiləsi ərazisində ordunun əməliyyatlarının genişlənməsi ilə paralel olaraq bu gün Sur rayonunda və Cənubi Livanın digər hissələrində silah anbarları, fəaliyyət göstərən komanda məntəqələri və “Hizbullah”ın digər infrastruktur obyektləri vurulub”, - deyə İsrail ordusunun yaydığı məlumatda qeyd olunub.

İsrail tərəfi iddia edir ki, zərbələr hərəkatın hərbi infrastrukturu və komanda-idarəetmə strukturlarına qarşı yönəlib.

Bununla yanaşı, Livanın Səhiyyə Nazirliyi bildirib ki, 2026-cı il martın 2-dən İsraillə “Hizbullah” arasında başlayan münaqişə nəticəsində 3412 nəfər həlak olub, 10 269 nəfər isə yaralanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin