Makron və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi regiondakı vəziyyəti və naviqasiya azadlığını müzakirə ediblər

2026/06/1780290813.jpg
Oxunub: 233     09:03     01 İyun 2026    
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi (SPA) məlumat yayıb.

Danışıq zamanı tərəflər regionda vəziyyətin inkişafını və təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsinə yönəlmiş davam edən diplomatik səyləri, həmçinin dənizdə təhlükəsizliyin və naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə ediblər.

SPA-nın məlumatına görə, liderlər həmçinin Səudiyyə Ərəbistanı ilə Fransa arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçirib və onun müxtəlif sahələrdə daha da gücləndirilməsi yollarını müzakirə ediblər.

Bundan əlavə, qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlərə xüsusi diqqət yetirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Salman  


Bizi "telegram"da izləyin