SEPAH Sirik adasına hücuma cavab olaraq ABŞ bazasına zərbə endirdiyini açıqlayıb

2025/06/1748935000.jpg
Oxunub: 375     08:04     01 İyun 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl İranın Sirik adasındakı obyektlərə zərbələrin endirildiyi ABŞ hərbi bazasına cavab hücumu həyata keçirdiyini bildirib.

Ordu.az xəbər verir ki, SEPAH-ın bəyanatı 2026-cı il iyunun 1-də İranın dövlət televiziya və radio şirkəti IRIB tərəfindən “Telegram” kanalında yayımlanıb.

“ABŞ ordusunun Hörmüzqan əyalətində yerləşən Sirik adasına qarşı təcavüzündən sonra SEPAH-ın Aerokosmik Qüvvələrinin qırıcıları bir saat əvvəl həmin hücumun həyata keçirildiyi aviabazaya zərbə endirib və təyin edilmiş hədəflər məhv edilib”, - deyə bəyanatda bildirilib.

Qeyd olunub ki, İran ərazisinə qarşı hücumlar təkrarlanacağı təqdirdə cavab tədbirləri “tamamilə fərqli” olacaq və bütün məsuliyyət ABŞ-nin üzərinə düşəcək.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı həmin gün daha əvvəl İran ərazisindəki obyektlərə zərbələr endirildiyini açıqlamışdı.

Məlumata görə, ABŞ qırıcılarının hücumu nəticəsində İranın hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə məntəqəsi və iki zərbə tipli pilotsuz uçuş aparatı məhv edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   ABŞ   İran  


Bizi "telegram"da izləyin