Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, zərbələrin hədəfi Qoruki bölgəsində və Keşm adasında yerləşən İran radarları və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələri olub.
“Məqsədyönlü və əvvəlcədən planlaşdırılmış zərbələr şənbə və bazar günləri İranın aqressiv hərəkətlərinə cavab olaraq endirilib. Bu hərəkətlərə beynəlxalq sular üzərində fəaliyyət göstərən ABŞ-nin MQ-1 pilotsuz uçuş aparatının vurulması da daxildir”, - deyə məlumatda qeyd olunub.
Komandanlıq bildirib ki, ABŞ qırıcılarının hücumu nəticəsində İranın hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə məntəqəsi və iki zərbə tipli pilotsuz uçuş aparatı məhv edilib.
Açıqlamaya görə, əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki və ya yaralanma qeydə alınmayıb.
Sevinc Əliyeva
Ordu.az