İran prezidentin istefası ilə bağlı xəbərləri təkzib edib

2026/05/1779895750.jpg
Oxunub: 290     01:29     01 İyun 2026    
İran Prezidenti Məsud Pezeşkian vəzifələrini yerinə yetirməyə və xalqın maraqlarına xidmət etməyə davam edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdir müavini Mehdi Təbatəbai "X" sosial şəbəkəsində yazıb.

O, İran prezidentinin istefası ilə bağlı yayılan məlumatları əsassız adlandırıb və bunu xarici medianın fəaliyyəti ilə əlaqələndirib.

Xatırladaq ki, daha əvvəl "Iran International" telekanalı İran prezidenti Məsud Pezeşkianın dövlət hakimiyyətinin əsas sahələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinin tam nəzarəti altına keçməsi səbəbindən istefa verdiyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pezeşkian  


Bizi "telegram"da izləyin