Ordu.az-ın məlumatına görə, bunu Milli Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Ofisinin saytında dərc olunmuş səslərin 99,62 %-nin hesablanmasından sonrakı nəticələr sübut edir.
Bu məlumatlara əsasən, Espriellaya 43,73 %, Sepedaya isə 40,91 % seçici səs verib. Birinci turda qalib gəlmək üçün lider namizəd seçicilərin mütləq əksəriyyətinin səsini - 50% üstəgəl bir səs toplamalı idi. İkinci tur iyunun 21-də keçiriləcək.
Senator Sepeda ikinci müddətə namizədliyini irəli sürə bilməyən Kolumbiyanın hazırkı prezidenti Qustavo Petronun sosial-iqtisadi kursunun davam etdirilməsinin tərəfdarı kimi çıxış edir. O, əmək sisteminin islahatlaşdırılması və sosial təminatların genişləndirilməsi proqramını davam etdirəcəyinə söz verir. İqtisadiyyat sahəsindəki təkliflər arasında böyük aktivlərə vergilərin tətbiqi və iri şirkətlər üçün güzəştlərin azaldılması yer alır.
De la Espriella isə özünə sistemdən kənar siyasətçi obrazı yaradıb. O öz kampaniyasını cinayətkarlıqla güzəştsiz mübarizə və dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılması ideyaları üzərində qurur. İqtisadi artımı stimullaşdırmaq üçün dövlət xərclərini əhəmiyyətli dərəcədə azaltmaq, ixracı artırmaq və qalıq yanacaq hasilatını genişləndirmək niyyətindədir.
Ordu.az