Meteorit ABŞ-də təşviş yaradıb

2026/05/1780211062.jpg
Oxunub: 345     10:44     31 May 2026    
ABŞ-də Yeni İngiltərənin bəzi hissələrinin üzərindən parlaq bir meteorit keçərək atmosferin yuxarı qatlarında parçalandıqdan sonra güclü bir partlayışa səbəb olub.

Ordu.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə mayın 31-də yerli vaxtla təxminən saat 14:06-da baş verib.

Hadisə şahidlər və NOAA GOES-19 peyki tərəfindən qeydə alınıb. Meteorit Massaçusetsin şimal-şərqi və Nyu-Hempşirin cənub-şərqi üzərində təxminən 64 km yüksəklikdə parçalanıb.

NASA-nın hesablamalarına görə, partlayış təxminən 300 ton TNT ekvivalenti enerji verib.

Agentlik izah edib ki, meteorlar səs sürətindən daha sürətli hərəkət edir və şok dalğaları yaradır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meteorit   ABŞ  


Bizi "telegram"da izləyin