Ordu.az xəbər verir ki, bu barədə Ukrayna mediası “Telegram” kanallarına istinadən məlumat yayıb.
Məlumata görə, şəhərdə səhər saatlarında partlayış səsləri eşidilib. Yerli sakinlər tərəfindən yayılan foto və videogörüntülərdə zavod ərazisində baş vermiş yanğın və havaya qalxan sıx tüstü buludu əks olunub.
İlkin məlumatlara əsasən, izomerləşdirmə qurğusuna ziyan dəyib.
Yerli hakimiyyət orqanları hadisənin nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Saratov vilayətinin qubernatoru Roman Busargin yalnız bölgədə pilotsuz uçuş aparatları ilə hücum təhlükəsinin mövcud olduğunu bildirib.
Saratov Neft Emalı Zavodu “Rosneft” şirkətinin tərkibinə daxildir və Volqa bölgəsinin ən qədim neft emalı müəssisələrindən biri hesab olunur. Zavodun Rusiya Silahlı Qüvvələrini yanacaqla təmin etdiyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az