Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Yeni qaydalar nəticəsində bir sıra yaşayış məntəqələrində təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.
“Telegram”da yayımlanan bəyanata əsasən, Kiryat-Şmona, Meron, Bar-Yoxay, Or ha-Qanuz, Safsufa, Yesud ha-Maala, Kisra-Sumey, Beyt-Can və Sde-Eliezer yaşayış məntəqələrində tədris fəaliyyəti tamamilə dayandırılıb.
Yuxarı Qalileya və Şimali Qolan bölgələrində, o cümlədən Katsrin və Kidmat-Tsvi şəhərlərində təhsil müəssisələri yalnız binada və ya onun yaxınlığında müəyyən edilmiş reaksiya müddəti çərçivəsində əlçatan qorunan sığınacaq olduğu halda fəaliyyət göstərə bilər.
Eyni zamanda müəssisələrə sığınacaqlara çıxış tələblərinə əməl olunması şərti ilə fəaliyyət göstərməyə icazə verilib.
Bununla yanaşı, kütləvi tədbirlərlə bağlı məhdudiyyətlər tətbiq olunub. Açıq havada keçirilən tədbirlərdə maksimum 50, qapalı məkanlarda isə maksimum 200 nəfərin iştirakına icazə verilir.
Təsirə məruz qalan bölgələrdə çimərliklər də bağlanıb.
Bu tədbirlərin sərhəd bölgəsində davam edən gərginlik fonunda mülki əhalinin təhlükəsizliyini artırmaq məqsədilə həyata keçirildiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az