Ordu.az-ın məlumatına görə, ən yüksək dövlət vəzifəsi uğrunda 11 namizəd mübarizə aparır.
Son sorğulara əsasən, seçki marafonunun liderləri arasında hakim solçu "Tarixi pakt" Partiyasının namizədi İvan Sepeda, ifrat sağçı iş adamı Abelardo de la Espriella və mərkəz-sağçı "Demokratik Mərkəz" partiyasının nümayəndəsi Paloma Valensiya da var.
Birinci turda qalib gəlmək üçün namizəd səslərin 50 %-dən çoxunu toplamalıdır. Əks halda, 21 iyunda ikinci tur keçiriləcək.
2022-ci ildə vəzifəsinin icrasına başlayan hazırkı Prezident Qustavo Petro konstitusiyanın yenidən seçilmək qadağasına görə ikinci müddətə namizədliyini irəli sürə bilməz.
Ordu.az