Erməni general-mayora xidməti mənzili boşaltmaq barədə bildiriş göndərilib

2026/05/1780150086.jpg
Oxunub: 370     18:08     30 May 2026    
“2009-cu ildə ayrılmış 57,7 kvadratmetr sahəsi olan xidməti mənzilin boşaldılması ilə bağlı bildiriş Qarabağ müharibəsinin fəal iştirakçısı, “müdafiə ordusu”nda (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) müxtəlif vəzifələrdə çalışmış, 2015-ci ilin fevralından etibarən Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi İnstitutunun rəisi olmuş general-mayor Armen Qəhramanyana göndərilib”.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Roman Yeritsyan bildirib.

Onun sözlərinə görə, Armen Qəhramanyan Qarabağdan (könüllü-red.) köç etmiş şəxsdir.

Yeritsyan bildirib ki, Qəhramanyan 2018-ci ilin oktyabrında ağır xəstəlik səbəbindən vəzifəsindən azad olunub və bu günə qədər müalicəsini davam etdirir.

Erməni vəkilin sözlərinə görə, həmin mənzil general və ailə üzvlərinin Ermənistandankı yeganə yaşayış yeridir.

O qeyd edib ki, Müdafiə Nazirliyinin bu addımdan çəkinməsi tələbi ilə Ermənistanın İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   General  


Bizi "telegram"da izləyin