Hərbi Prokurorluqda Zəfər gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

2025/11/photo-1762492911.jpg
Oxunub: 454     09:15     07 Noyabr 2025    
Hərbi Prokurorluqda Vətən müharibəsinin iştirakçısı olan bir qrup hərbi qulluqçunun iştirakı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Bu barədə Ordu.az-a hərbi prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə Baş prokurorun müavini - hərbi prokuror Bəhruz Əhmədov Zəfər bayramı münasibətilə Azərbaycan xalqını, o cümlədən hərbi qulluqçuları və hərbi prokurorluğun kollektivini təbrik edib.

O, həmçinin tarixi zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzsiz rolundan, habelə döyüşlərdə hərbiçilərin şücaətindən danışıb.

Vurğulanıb ki, prokurorluq orqanları, o cümlədən hərbi prokurorluq əməkdaşları həmin günlərdə təkcə hüququ və ədaləti qorumaqla kifayətlənməyib, eyni zamanda vətəndaşlıq və insanlıq borcunu layiqincə yerinə yetirib, Vətən sevgisi nümayiş etdirib.

Daha sonra "Şəhidə məktub" adlı film nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Hərbi-Prokurorluq   Zəfər-günü  


Bizi "telegram"da izləyin