Zəfər Gününün beşilliyi münasibətilə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçirilib - FOTOLAR

2025/11/c478b-1762417100.jpg
Oxunub: 469     12:15     06 Noyabr 2025    
Cari ilin planına əsasən, Zəfər Gününün beşilliyinin qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yürüşlərdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Hərbi orkestrlərin vətənpərvərlik mahnılarını ifa etmələri, həmçinin marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlarımız tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Zəfər-Günü   Yürüş  


Bizi "telegram"da izləyin