İranın Azərbaycandakı səfiri Naxçıvana gedib - FOTOLAR

2025/11/photo-1762167171.jpg
Oxunub: 379     14:42     03 Noyabr 2025    
İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu noyabrın 3-də Naxçıvana gedib.

Ordu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov İran səfirini qəbul edib.

Bildirilib ki, görüşdə dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində Azərbaycanla İran arasında yaranan qarşılıqlı əlaqələrdən, Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə rolundan danışılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İranın Naxçıvandakı baş konsulu Əziz Mənsuri də iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin