Sahibə Qafarova Cenevrədə Namibiya və Bosniya və Herseqovinanın parlament sədrləri ilə görüşüb - FOTOLAR

2025/10/sahib-1760982356.jpg
Oxunub: 321     21:34     20 Oktyabr 2025    
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Namibiya Milli Assambleyasının sədri Saara Kuugongelva və Bosniya və Herseqovina Parlament Assambleyası Nümayəndələr Palatasının sədri Denis Zvizdic ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a verilən məlumata görə, görüşlərdə belə mühüm beynəlxalq tədbirlərin bir sıra qlobal problemlərin müzakirəsi və effektiv həlli yolları ilə bağlı təkliflərin irəli sürülməsi, həmçinin, ikitərəfli əlaqələrin nəzərdən keçirilməsi üçün yaxşı platforma olduğu qeyd edilib.

Söhbətlər zamanı beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Xüsusilə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirilərək, təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlər qeyd olunub.

Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Namibiya   Bosniya   Herseqovina  


Bizi "telegram"da izləyin