“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb - FOTOLAR

2025/10/e8c1b-1760722097.jpg
Oxunub: 388     21:20     17 Oktyabr 2025    
Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) iştirakı ilə keçirilən “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla yekunlaşıb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Təlimin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: AZIREX   Təlim  


Bizi "telegram"da izləyin