“Avcı” sistemi helikopter platformalarında pilotların missiya sahəsi məlumatlığını, habelə gecəgörmə, video, simvolik displey və həssas baş izləmə xüsusiyyətləri ilə pilot və hava vasitəsinin imkan və qabliyyətlərini artırmaq məqsədilə dizayn edilmiş visör (kamerada linzanın baxış sahəsini göstərən, görüntünün çərçivəyə salınmasında və fokuslanmasında istifadə edilən cihaz – red.) əks etdirən bir sistemdir.
Gecəgörmə, infraqırmızı video, naviqasiya və silah simvologiyası
Pilotun baş hərəkətlərindən asılı olaraq hədəfləmə üçün dəqiq baxış bucağının hesablanması
Pilotun başına görə uyğunlaşdırılmış daxili dəbilqə quruluşu
Baş və üz nahiyəsini zərbə və hissəciklərin təsirindən qoruma
Alt bölmələr
Baş Bölməsi (Əsas Dəbilqə Bölməsi, Ekran Modulu, Baş İzləmə Bölməsi, Qoşulma və Ehtiyat Batareya Bölməsi)
Elektron Bölmə (Simvologiya, video işləmə və baş izləmə alqoritmləri)
Kokpit Kamera Modulları (Baş izləmə məqsədləri üçün)
İdarəetmə Paneli (İstifadəçi interfeysi parametrləri və seçimlər)
Texniki Xüsusiyyətlər
Dəbilqə Bölməsi yüngül kompozit materiallardan və istifadəçiyə uyğun olaraq hazırlanmış daxili dəbilqədən ibarətdir. Video, naviqasiya, silah və platforma simvologiyası, xarici video (dəbilqəyə inteqrasiya olunmuş infraqırmızı kamera) visörə proyeksiya edilir. Sistem simvologiyası platforma və istifadəçi üçün xüsusi olaraq hazırlana bilər. Optik və ətalətli izləmə üsullarından birlikdə istifadə edən Hibrid Baş İzləmə Sisteminin kokpitə quraşdırılması qısa müddətdə tamamlana bilər.
Elektron Bölmə
Xüsusi ATR Ölçülərində
Simvologiya Yaratmaq Bacarığı
Videoya Simvologiya Əlavə Etmə
2 x Analoq Video Girişi
1 x Analoq Video Qeyd Çıxışı
Yedəkli MIL-STD-1553 İnterfeysi
Ethernet və Serial (RS-232/RS-422/RS-485) Rabitə
İnterfeyslər
28 VDC İş Gərginliyi
MIL-STD-704-ə uyğun
MIL-STD-810-a uyğun
MIL-STD-461-ə uyğun
Baş Bölməsi
Pilot üçün Fərdiləşdirilmiş Uçuş Dəbilqəsi
Hibrid Baş İzləmə Sistemi
Qoşulma və Ehtiyat Batareya Bölməsi
Gecəgörmə Modulları
40° Dairəvi Baxış Sahəsi
Zərbə və Akustik Qoruma
Şəffaf və Günəş Visörləri
Dəyanət Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Helikopter
Platforma
Avcı