Ordu.az xəbər verir ki, Almaniya müdafiə podratçısı “Rheinmetall” İsrailin “UVision” şirkətinin digər kamikaze PUA-ları olaraq da bilinən “Hero” ailəsi “gəzən sursat”ları üçün konteynerə yerləşdirilmiş bir buraxılış qurğusu konsepsiyası təqdim edir.
Modifikasiya edilmiş daşıma konteyneri 126 buraxılış elementi ilə quruda və dənizdə bir sıra əməliyyat imkanları açır.
“Rheinmetall” broşüründə daşınma konteynerinin buraxılış sisteminin görüntüsü yer alır.
“Rheinmetall”ın konteynerli “Hero” “gəzən sursatı” buraxılış qurğusu haqqında xüsusi təfərrüatlar məhduddur.
Sevinc Əliyeva
Ordu.az