“SAHA İstanbul” Baş katibi: “Dünyada heç kimin istehsal edə bilmədiyi texnologiyalar və platformalar istehsal edən sənayemiz var”

2024/06/2024--1718006396.jpg
Oxunub: 429     19:58     10 İyun 2024    
“Dünyada heç kimin istehsal edə bilmədiyi texnologiyalar və platformalar istehsal edən sənayemiz var”.

Ordu.az xəbər verir ki, bunu “SAHA İstanbul” Baş katibi Levent Kerim Uça deyib.

“SAHA İstanbul” çətiri altındakı komitələrə də toxunan Uça bildirib ki, Meşə Yanğınları, Zəlzələlər və Fəlakətlər Komitəsi (SAHA ODAK) ötən il fevralın 6-da baş verən zəlzələdən sonra yaradılıb.

“SAHA İstanbul” Baş katibi müdafiə sənayesi üçün istehsal edilən texnoloji məhsulların axtarış-xilasetmə işlərində və zəlzələ fəlakətindən sonra yardım işlərində istifadəsinin onlar üçün başlanğıc nöqtəsi olduğunu ifadə edib.

“Bu fəlakət zamanı pilotsuz uçuş aparatlarından rabitə sistemlərinə, radarlardan insansız quru platformalarına qədər bir çox ən müasir müdafiə sənayesi məhsulları istifadə edilib. Ona görə də biz “Sənayemizi necə istiqamətləndirə bilərik, yeni məhsulları necə inkişaf etdirə bilərik, ölkənin ehtiyaclarını necə qarşılaya bilərik?” şəklində axtarışa başladıq. Komitəni də bu şəkildə qurduq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-İstanbul   Sənaye  


Bizi "telegram"da izləyin