“Airbus” yeni “Wingman” pilotsuz döyüş təyyarəsi konsepsiyasını təqdim edib

2024/06/1717489016.jpg
Oxunub: 648     15:34     04 İyun 2024    
“Airbus” şirkəti pilotsuz döyüş təyyarəsi hazırlayır.

Ordu.az xəbər verir ki, “Airbus” şirkəti Berlində keçirilən ILA Beynəlxalq Aviasiya və Kosmos Sərgisində özünün inkişaf etdirdiyi “Wingman” pilotsuz döyüş təyyarəsi konsepsiyasını təqdim etməyə hazırlaşır.

Sərgidə pilotsuz döyüş təyyarəsinin tam miqyaslı modelini nümayiş etdirəcəyini açıqlayan şirkət bu modelin gizlilik, müxtəlif silah inteqrasiyaları, qabaqcıl sensorlar, əlaqə və sürü yaratma həlləri də daxil olmaqla nəzərdə tutulan bütün imkanları nümayiş etdirəcəyini bildirib.

“Airbus” tərəfindən 2024-cü il iyunun 3-də verilən açıqlamada pilotlu döyüş təyyarələrini müşayiət edəcək və lazım gəldikdə pilotlar üçün riskli hesab edilən tapşırıqları yerinə yetirəcək yeni “Wingman” pilotsuz döyüş təyyarəsinin Berlində keçirilən Beynəlxalq Aviasiya və Kosmos Sərgisində nümayiş etdiriləcəyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   Wingman  


Bizi "telegram"da izləyin