Ordu.az xəbər verir ki, İsrailin insansız sistem istehsalçısı “Roboteam” sifariş edilən sistemlərin Mikro Taktiki Yerüstü Robotlar olduğunu açıqlayıb.
Mikro Taktiki Yerüstü Robotlar mövcud quru platformaları üçün qeyri-mümkün olan tapşırıqları yerinə yetirmək məqəsədilə hazırlanmış yüngül, yüksək manevr qabiliyyətinə malik insansız sistemdir.
Sistemlər pilləkənləri qalxa və dar məkanlarda hərəkət edə bilir, bu da onu müşahidə, taktiki manevrlər və təhlükəli partlayıcı sursatların zərərsizləşdirilməsi missiyaları üçün əlverişli edir.
“Roboteam”in məlumatına görə, robotlar ABŞ-də istehsal olunacaq və son montajı ABŞ-nin müdafiə sənayesi şirkəti “Mistral Inc.” həyata keçirəcək.
Robotların 2025-ci ilin birinci rübündə təhvil veriləcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az