Ordu.az xəbər verir ki, Bülbül Mersindəki Tarsus Universitetinin təşkil etdiyi “32-ci Siqnal Emalı və Əlaqə Tətbiqləri Konqresi”ndə jurnalistlərin suallarını cavablandırıb.
O, Türkiyənin müdafiə sənayesində dünyanın ən yaxşıları arasında olduğuna diqqət çəkib.
“Türkiyədə müdafiə sənayesi son illərdə ciddi sürət qazanıb. Bu, bizim ən rəqabətli sahələrimizdən birinə çevrilib. Dünyada artıq müdafiə sənayesində izləyən deyil, izlənilən mövqeyə gəldiyimizi düşünürük”, - deyə Bülbül bildirib.
O, müdafiə sənayesindəki yenilikləri izlədiklərini və bunun ən mühüm nümunəsinin SZ texnologiyası olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az