Ordu.az xəbər verir ki, Böyük Britaniya Pilotsuz Uçuş Aparatı (PUA) sürülərini ucuz qiymətə zərərsizləşdirə bilən “ən müasir” Radiotezliyə Yönləndirilmiş Enerji Silahı (RFDEW) hazırlamağa başladığını açıqlayıb.
Açıqlamaya görə, RFDEW-in inkişaf etdirilməsi irəlilədikdə, o, 1 KM-dən çox məsafədə fəaliyyət göstərə, hava, quru və dəniz sahələrində müxtəlif təhlükələri aşkarlaya, izləyə və bunlara müdaxilə edə biləcək.
ABŞ Müdafiə Nazirliyi qeyd edib ki, hər atışı cəmi 10 penniyə başa gələn RFDEW şüası ənənəvi raket əsaslı hava hücumundan müdafiə sistemlərinə əhəmiyyətli qənaətli alternativ təmin edərək, təhlükəli PUA sürülərini dərhal effektiv şəkildə yerə endirə bilir.
Sistem həm də “kritik aktivləri və bazaları” qorumaq üçün uyğundur və bir sıra müxtəlif hərbi vasitələrə inteqrasiya oluna bilər.
Sevinc Əliyeva
Ordu.az